akkumulyator çəninin həcmi

ру объем аккумуляторного бака en storage tank capacity de Speicherkapazität fr capacité du ballon de stockage es capacidad de acumulador it capacità d'accumulatore
akkumulyator çəni
akril şüşə
OBASTAN VİKİ
Akkumulyator
Akkumulyator — elektrik enerjisini kimyәvi enerjiyә çevirib toplamaq vә lazım olduqda tәkrar elektrik enerjisinә çevirib işlәtmәk üçün dәfәlәrlә istifadә edilәn qalvanik element; iş qabiliyyәti doldurma (yüklәmә) yolu ilә, yәni boşalma zamanı cәrәyanın istiqamәtinә әks olan istiqamәtdә cәrәyan buraxmaqla bәrpa olunur. Elektrik akkumulyatorunu 1900-cü ildә T.A. Edison ixtira etmişdir. Akkumulyator elektrolit mәhlulu içәrisinә daldırılmış iki elektroddan ibarәtdir; elektrodlar arasındakı potensiallar fәrqi akkumulyatorun EHQ-dir. Akkumulyator qoşulmuş elektrik dövrәsi qapandıqda kimyәvi reaksiya enerjisi elektrik enerjisinә çevrilir. Boşalmış (enerjisi tükәnmiş) akkumulyatoru doldurmaq üçün onu sabit cәrәyan mәnbәyinә qoşurlar. Akkumulyatorunu xarakterizә edәn göstәricilәr onun işlәmә müddәti (yaxud dolub-boşalma tsikllәrinin mümkün sayı), tutumu (boşalma zamanı akkumulyatorun verә bildiyi elektrik enerjisinin miqdarı), doldurulma vә boşalma vaxtındakı orta gәrginliyi vә enerjisidir. Elektrolit mәhluldan asılı olaraq, Akkumulyator turşu vә qәlәvili növlәrә ayrılır. Akkumulyatordan avtomobil nәqliyyatında, aviasiyada, kosmik aparatlarda, naviqasiya cihazlarında, rabitә qurğularında vә s. istifadә olunur.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.